Ağdam Sənaye Parkında yeni rezident
2 avqust,2023 15:32

Ağdam Sənaye Parkının yeni qeydiyyata alınmış rezidenti tərəfindən 5,4 milyon manat investisiya yatırılacaq.

 

“AS İstehsal” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib və rezidentlərin sayı 19-a çatıb. Şirkət tərəfindən Sənaye Parkının 5,5 hektar ərazisində investisiya həcmi 5,4 milyon manat olan inşaat materialları istehsalı kompleksi yaradılacaq və 95 nəfər işlə təmin ediləcək. İstehsal olunan məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.