Azərbaycan ilk dəfə olaraq bir neçə ölkəyə sürtkü yağlarının ixracına başlayıb
9 yanvar,2024 17:13

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Alco” MMC 2023-cü ildə ilk dəfə olaraq Kolumbiya, Mərakeş, Əlcəzair, İordaniya, Nigeriya, Keniya, Cənubi Sudan, Yəmən, CAR, Dominikan və s. ölkələrə sürtkü yağlarının ixracına başlayıb.

 

Qeyd edək ki, “Alco” MMC tərəfindən 2023-cü il ərzində ümumilikdə 46 min ton məhsul satışı həyata keçirilib, bunun da 44 min tondan çox hissəsi dünyanın 35-dən artıq ölkəsinə ixrac edilib.