Azərbaycanın zeytun yağı Rusiya və BƏƏ-yə ixrac olunacaq
6 sentyabr,2022 12:35
2022-ci ilin iyul ayında Azərbaycanın zeytun yağı istehsalçısı “Grand Agro” MMC ilə Rusiya, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iri distribütor şirkətləri arasında ixraca dair müqavilələr imzalanıb.
Bu müqavilələrə əsasən, yaxın günlərdə “Grand Agro” MMC tərəfindən “Extra Virgin” zeytun yağının “Olivea” brendi ilə qeyd edilən ölkələrə ixrac edilməsi planlaşdırılır.
Qeyd edək ki, “Grand Agro” MMC Azərbaycanda 2500 hektara qədər ərazisi olan ən böyük zeytun plantasiyalarının sahibidir.
Digər