"Azermirror" MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib
23 fevral,2024 12:30

Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti tərəfindən 44 yeni iş yeri yaradılacaq.

 

"Azermirror" MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

 

Şirkət tərəfindən Sənaye Parkının ərazisində alüminium təbəqəli vərəqə güzgü istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 11 milyon manata yaxın olan müəssisədə 44 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.

 

İstehsal olunacaq məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.