Sumqayıt Kimya Sənaye Parkında yeni rezident
7 avqust,2023 16:05

Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti tərəfindən Sənaye Parkına 58,9 milyon manat investisiya yatırılacaq, 160 nəfər işlə təmin ediləcək.

 

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında “AZPAL” QSC-yə rezidentlik statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 37-yə çatıb.

 

“AZPAL” QSC tərəfindən Sənaye Parkının 7 hektar ərazisində texniki (metallurji) silisium istehsalı layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində ferrosilisium və rafinə edilmiş ferrosilisium (FS75) məhsulları istehsal ediləcək.

 

İnvestisiya həcmi 58,9 milyon manat olan müəssisədə 160 nəfər işlə təmin ediləcək. Zavodda istehsal edilən məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da nəzərdə tutulur.