Yevlax Pilot Aqroparkında yeni rezident
7 iyun,2023 17:14

Ölkədə baramaçılığın inkişafında dayanıqlı yem bazasının təmin edilməsi məqsədilə “Azting” MMC tərəfindən Yevlax Pilot Aqroparkında tingçilik təsərrüfatı yaradılacaq.

 

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkda daha bir sahibkarlıq subyektinə - “Azting” MMC-yə rezidentlik statusu verilib. 

 

Azərbaycan-Özbəkistan birgə investisiya layihəsi çərçivəsində aqroparkın 19.98 hektar ərazisində tut tingçilik təsərrüfatının yaradılması nəzərdə tutulur. 

 

İnvestisiya dəyəri 170 min manat olan layihənin icrası ilə 5 nəfər daimi, 50 nəfər mövsümi işlə təmin ediləcək.