- Ana Səhifə
- Media
- Xəbərlər
- Bakı Gəmiqayırma Zavodunda növbəti Ro-Pax tipli gəmi-bərənin tikintisinə start verilib
Sentyabrın 29-da İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC-də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün tikiləcək Ro-Pax tipli gəmi-bərənin ilk polad lövhəsinin kəsilmə mərasimi baş tutub. Zavod rəhbərliyi və əməkdaşlar polad lövhənin kəsilməsini bildirən düyməni basıblar.
Özünəməxsus unikallığı ilə seçilən bu gəmi-bərənin uzunluğunun 154.50 metr, eni 17.70 metr, bortunun hündürlüyünün isə 7.5 metr olması nəzərdə tutulub. 30 nəfərlik heyətlə idarə edilən bu gəmi saatda 14 dəniz mili sürətilə hərəkət edə biləcək. Qısa beynəlxalq səfərlər üçün nəzərdə tutulmuş gəmi 100 nəfər sərnişin tutumuna malik olmaqla yanaşı, T-1 ölçülü dəmiryolu vaqonlarının (Vaqon-çənlər 56 ədəd, Yarımvaqonlar 46 ədəd, Yük vaqonları 44 ədəd), avtomobillərin və yük maşınlarının (Yarımqoşqulu yük avtomobilləri 50 ədəd) daşınması imkanlarına malik olacaq. Gəmi 2600 kVt gücə malik iki ədəd əsas mühərrik, 188 t yük qaldırma qabiliyyətli yük lifti, helikopter meydançası, yan rampa, stabilizator sistemi, iki ədəd dartıcı lokomotivlə təchiz olunacaq.