- Ana Səhifə
- Media
- Xəbərlər
- Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 1-2-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə səfərdə olub.
Səfər çərçivəsində nümayəndə heyəti Cəbrayıl rayonunda yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında görülmüş işlər və həyata keçiriləcək layihələrlə tanış olublar.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Araz Vadisi İqtisadi Zonası”nda və Ağdam Sənaye Parkında görülən işlər barədə məlumat verib.