Yevlax Pilot Aqroparkın rezidentlərinin sayı 21-ə çatıb
7 sentyabr,2023 21:27

Yevlax Pilot Aqroparkın qeydiyyata alınmış yeni rezidentləri tərəfindən 12 nəfər daimi, 28 nəfər isə mövsümi işlə təmin ediləcək.

 

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Yevlax Pilot Aqroparkda daha 2 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bununla da Aqroparkın rezidentlərinin sayı 21-ə çatıb.

 

Yeni rezidentlər Bəxtiyar Əsgərov və Əhməd Muradova tərəfindən 37,3 hektar sahədə investisiya həcmi 327 min manat olan intensiv meyvə bağları salınacaq, 12 nəfər daimi, 28 nəfər isə mövsümi işlə təmin ediləcək.