- Ana Səhifə
- Media
- Xəbərlər
- “Bosco shoes” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib
“Bosco shoes” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib
1 mart,2024 12:43
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yeni rezidenti tərəfindən 72 yeni iş yeri yaradılacaq.
“Bosco shoes” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.
Şirkət tərəfindən sənaye parkının ərazisində ayaqqabı istehsalı müəssisəsi yaradılacaq.
İnvestisiya dəyəri 3,5 milyon manat olan müəssisədə 72 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Fabrikdə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.
Digər