Ağdam Sənaye Parkında yeni rezident
7 iyun,2024 18:10

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə - "Caltech" MMC-yə rezidentlik statusu verilib. 

 

Şirkət tərəfindən mikronlaşdırılmış və örtülmüş kalsit istehsalı müəssisəsi yaradılacaq. İnvestisiya dəyəri 3,7 milyon manat olan müəssisədə 30 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur. 

 

Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur.