- Ana Səhifə
- Media
- Xəbərlər
- “Caspian Lubricants Recycling“ MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib
“Caspian Lubricants Recycling“ MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib
8 may,2024 19:47
Azərbaycan-Bolqarıstan birgə müəssisəsi “Caspian Lubricants Recycling“ MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 41-ə çatıb.
Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumu çərçivəsində şirkətə rezidentlik şəhadətnaməsi təqdim edilib.
Şirkət Sənaye Parkının 2 hektar ərazisində istifadə olunmuş mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağlarının istehsalı layihəsini həyata keçirəcək. İnvestisiya həcmi 13,1 milyon manat olan müəssisədə 54 nəfərlik daimi iş yeri yaradılacaq.
Zavodda istehsal olunacaq məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur.
Digər