Çinin Şençjen Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının Prezidenti "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də olub
16 oktyabr,2019 13:33

Oktyabrın 16-da SAREC (Şencjen Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının) Prezidenti Chen-Zhinyongun rəhbərlik etdiyi nümayəndə heyəti "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də olublar.

 

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov qonaqlara ölkədə fəaliyyət göstərən sənaye parkları, burada sahibkarlar üçün yaradılan əlverişli şərait, müasir infrastruktur, güzəşt mexanizmləri və xidmətlər barədə məlumat verib. Bildirilib ki, hazırda Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parklarıdır. Sumqayıt Kimya, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parklarının idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir. Sənaye parklarında dövlət tərəfindən yaradılan şəraitin nəticəsidir ki, buraya yerli və xarici sahibkarların marağı getdikcə artır. İndiyədək 4 sənaye parkı üzrə 27 rezident qeydiyyata alınıb. Bu rezidentlərin 13-ü artıq istehsal fəaliyyətinə başlayıb. Sənaye parklarının müəssisələrinin istehsal etdikləri məhsullar ölkədə daxili təlabatı ödəməklə yanaşı “Made in Azerbaijan” brendi adı ilə dünya bazaralarına ixrac olunur.

 

Sənaye parklarının fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

 

Şençjen Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının Prezidenti Chen-Zhiyong rəhbərlik etdiyi Assosiasiyanın fəaliyyəti istiqaməti barədə məlumat verərək, Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, müxtəlif sahələrdə sənaye parkları ilə əməkdaşlığın inkişaf prespektivləri barədə fikirlərini bölüşüb. Chen-Zhiyong ölkəmizdə yaradılması nəzərdə tutulan Azərbaycan-Çin birgə müştərək sənaye parkının hazırlanmış baş planının təqdimatını keçirib