İZİA ilə Çin şirkəti arasında niyyət sazişi imzalanıb
23 aprel,2025 21:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.

 

Tədbir çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Çinin Vencou Vanhong şirkəti arasında Sumqayıt Kimya Sənaye Parkının ərazisində karton istehsalı layihəsinin həyata keçirilməsi üzrə niyyət sazişi bağlanıb. Layihə hazırda maliyyə və texniki əsaslandırma mərhələsindədir.