“Construction” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib
11 iyul,2024 16:23

“Construction” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

 

Yeni yaradılacaq müəssisədə yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklərin istehsalı layihəsi həyata keçiriləcək. İnvestisiya dəyəri 2,9 milyon manat olan müəssisədə 40 nəfər işlə təmin olunacaq. 

 

İstehsal olunan məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.