İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
20 dekabr,2023 18:58

İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclasında 2023-cü ildə Agentlik tərəfindən həyata keçirilən tədbirlər və onların nəticələri barədə məlumat verilib, qarşıya qoyulmuş prioritet istiqamətlər müzakirə edilib.

 

Dekabrın 20-də İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin sədrliyi ilə keçirilən iclasda İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev 2023-cü ildə sənaye zonaları və aqroparklarda görülmüş işlər və əldə edilmiş nəticələr barədə məlumat verib. Qurumun daxili audit hesabatı dinlənilib, növbəti il üzrə büdcə proqnozu nəzərdən keçirilib.

 

İclasda 2024-cü il üzrə qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri, baxılmaqda olan layihələrlə bağlı müzakirələr aparılıb. Agentliyin strukturunun təkmilləşdirilməsi, sənaye zonalarında rezidentlərə xidmət göstərəcək təsərrüfat cəmiyyətinin yaradılması barədə təkliflər təhlil edilib.