Diplomatlar və hərbi attaşelər Ağdam Sənaye Parkının fəaliyyəti ilə tanış olublar
21 iyun,2025 17:31

Azərbaycanda akkreditə olunmuş diplomatlar və hərbi attaşelərdən ibarət nümayəndə heyəti iyunun 21-də Ağdam Sənaye Parkını ziyarət edib.

 

Nümayəndə heyətinə Ağdam Sənaye Parkının ümumi fəaliyyəti, burada sahibkarlar üçün yaradılmış investisiya imkanları, həyata keçirilən biznes layihələri barədə məlumat verilib. 

 

Səfər çərçivəsində nümayəndə heyəti Ağdam Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidentləri “Mister Decor” MMC-nin divar kağızlarının, “Eel Electric” MMC-nin elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının istehsalı müəssisələrinin fəaliyyətləri ilə tanış olublar.