- Ana Səhifə
- Media
- Xəbərlər
- İqtisadi Zonaların İnkişafı Agentliyinin dəstəyi ilə Sumqayıt Sənaye Parkı rezidentlərinin iştirakı ilə maarifləndirici tədbir təşkil olunub
İqtisadi Zonaların İnkişafı Agentliyinin dəstəyi ilə Sumqayıt Sənaye Parkı rezidentlərinin iştirakı ilə maarifləndirici tədbir təşkil olunub
13 fevral,2026 17:07
İqtisadi Zonaların İnkişafı Agentliyinin dəstəyi ilə Sumqayıt Sənaye Parkı rezidentlərinin iştirakı ilə maarifləndirici tədbir təşkil olunub.
Görüşdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət istiqamətləri və göstərdiyi xidmətlər barədə iştirakçılara məlumat verilib, istehsal sektorunda tətbiq olunan ekoloji həllər, ətraf mühitin mühafizəsi və dayanıqlı istehsal prinsipləri müzakirə edilib.
Tədbir çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, əməkdaşlıq imkanları üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb.


