Ağdam Sənaye Parkında yeni istehsal sahəsi yaradılır
24 iyul,2023 15:23

Ağdam Sənaye Parkının yeni qeydiyyata alınmış rezidenti tərəfindən 4,7 milyon manat investisiya yatırılacaq.

 

“Eos Qrup” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib və rezidentlərin sayı 18-ə çatıb. Şirkət tərəfindən Sənaye Parkının 7,6 hektar ərazisində investisiya həcmi 4,7 milyon manat olan qazbeton blok istehsalı müəssisəsi yaradılacaq və 49 nəfər işlə təmin ediləcək. İstehsal olunan məhsul daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.