"Eos Qrup” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib
6 mart,2024 17:17

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yeni rezidenti tərəfindən 60 nəfərlik iş yeri yaradılacaq.

 

“Eos Qrup” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.

 

Şirkət tərəfindən sənaye parkının ərazisində fibrobeton və polistirolbeton blokların istehsalı müəssisəsi yaradılacaq.

 

İnvestisiya dəyəri 11,9 milyon manat olan müəssisədə 60 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.