Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının, Ticarət və Sənaye Palatasının, həmçinin logistika və ticarət sahəsində fəaliyyət göstərən şirkətlərin əməkdaşlarından ibarət nümayəndə heyətinin iyulun 26-da Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib.
Qonaqlara İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonaları, burada sahibkarlar üçün yaradılan əlverişli biznes imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri, həmçinin Rusiyalı iş adamları tərəfindən sənaye zonalarında həyata keçirilən investisiya layihələri barədə məlumat verilib, Agentliyin təqdimatı göstərilib.
Görüş çərçivəsində Rusiya şirkətlərinin nümayəndələri sənaye zonalarında yaradılan əlverişli biznes imkanlarından yararlanmağa dəvət edilib.
Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidentləri “Azertexnolayn” MMC-nin texniki avadanlıqlar zavodunun və “Azerfloat” QSC-nin vərəqə şüşə istehsalı müəssisəsinin fəaliyyətləri ilə tanış olublar.