- Ana Səhifə
- Media
- Xəbərlər
- Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin nümayəndələri ilə görüş keçirilib
Sənaye zonalarında yaşıl texnologiyaların tətbiqi, enerji səmərəliliyinin artırılması və yaşıl investisiyaların maliyyələşdirilməsi imkanları Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin nümayəndələri ilə keçirilən görüşdə müzakirə olunub.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Agentliyin fəaliyyəti, sənaye zonalarında yerli və xarici investorlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib, sənaye zonalarında enerji və resurs səmərəliliyinin artırılması, bərpa olunan enerji texnologiyalarına investisiyalar, eləcə də rezidentlərin yaşıl layihələrinin maliyyələşdirilməsi və bu sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub.


