Gəmilərin inşasına dair müqavilə imzalanıb
2 fevral,2024 17:47
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) ilə Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC arasında 4 gəminin inşasına dair müqavilə imzalanıb.
Sənədi ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev və “Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Elşad Nuriyev imzalayıblar.
Müqaviləyə əsasən, Bakı Gəmiqayırma Zavodu 18-24 ay ərzində ASCO-nun sifarişinə uyğun olaraq hər biri 50 nəfər tutuma malik 3 ədəd sərnişin və 1 ədəd dənizin 60 metr dərinliyində işləmək üçün nəzərdə tutulan hibrid mühərrikli dalğıc gəmisini inşa edərək təhvil verəcək.
Digər