Pirallahı Sənaye Parkında yeni rezident
6 dekabr,2023 16:44

“Gen Pharma Caucasus Manufacturing Operations” MMC-yə Pirallahı Sənaye Parkının rezidentliyi statusu verilib.

 

Şirkət tərəfindən Sənaye Parkının 7,8 hektar ərazisində yüksək keyfiyyətli 42 ad altında müxtəlif doza və qablaşdırma olmaqla ümumilikdə 7 növdə (tablet, kapsul, jelatin kapsul, toz suspenziya, sirop və s.) dərman məhsulun istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 59,3 milyon manat olan müəssisədə 165 nəfər işlə təmin ediləcək. İllik istehsal gücü 50 milyon qutu istehsalı olan müəssisə “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş”, “Sia Pharmaceuticals” MMC 3 tərəfli əməkdaşlığı çərçivəsində inşa ediləcək.