Hacıqabul Sənaye Məhəlləsində rezidentlərin sayı 14-ə çatıb
30 oktyabr,2023 12:52
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş CP” MMC-yə rezident statusu verilib, bununla da Sənaye Məhəlləsinin rezidentlərinin sayı 14-ə çatıb.
Azərbaycan-Özbəkistan birgə müəssisəsi “Azərmaş CP” MMC tərəfindən Sənaye Məhəlləsinin ərazisində investisiya həcmi 104 milyon manat olan minik avtomobillərin istehsalı kompleksi yaradılacaq və 1.200 nəfər işlə təmin ediləcək.
Digər