Hacıqabul Sənaye Məhəlləsində yeni rezidentlər
25 noyabr,2022 13:30

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində 3 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bununla da Sənaye Məhəlləsinin rezidentlərinin sayı 13-ə çatıb.

 

Yeni rezident “Absheron Trending” MMC parket, laminat və s. kimi müxtəlif növ taxta məhsullarının istehsalını həyata keçirəcək. İnvestisiya dəyəri 3 milyon manat olan layihə çərçivəsində 90 daimi iş yerinin açılması nəzərdə tutulur.

 

Hacıqabul Sənaye Məhəlləsinin digər rezidenti "AR Metiz" MMC müxtəlif növ və ölçüdə polad şuruplar istehsal edəcək müəssisə inşa edəcək. İnvestisiya dəyəri 3 milyon manatdan çox olan müəssisədə 17 nəfər daimi işlə təmin ediləcək.

 

Sənaye Məhəlləsinin daha bir rezidenti “LV Shipping Caspian” MMC tərəfindən sənaye tullantılarının utilizasiyası həyata keçiriləcək. İnvestisiya dəyəri 350 min manat olan müəssisədə 8 nəfər işlə təmin ediləcək.