Hacıqabul Sənaye Parkında yeni rezident
13 avqust,2026 11:30

Hacıqabul Sənaye Parkının yeni rezidenti tərəfindən yeni nəsil gübrə və biopestisidlərin istehsalı layihəsi həyata keçiriləcək.  

 

“Az Agromila” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib.  

 

İnvestisiya dəyəri 4,7 milyon manat olan yeni nəsil gübrə və biopestisidlərin istehsalı layihəsi çərçivəsində 40-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.  

 

Hacıqabul Sənaye Parkında hazırda 15 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında görülmüş işlərə sahibkarlar tərəfindən 106,7 milyon manatdan çox investisiya yatırılıb, 570-ə yaxın daimi iş yeri yaradılıb.