İkinci “Usta mənəm” müsabiqəsinin təşkilinə başlanılıb
12 may,2025 17:34
İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsili Mərkəzi ilə “Holcim Azərbaycan” ASC-nin birgə əməkdaşlığı çərçivəsində ölkəmizdə ikinci dəfə olaraq “Usta mənəm” müsabiqəsinə start verilib. Bununla bağlı mayın 8-də müsabiqənin açılış mərasimi keçirilib.
Ümumilikdə respublikanın 17 şəhər və rayonlarında keçiriləcək ikinci “Usta mənəm” müsabiqəsinin final mərhələsində iştirak edəcək bütün iştirakçılara qiymətli hədiyyələr təqdim olunacaq, birinci yerin sahibinə isə “Pick-up” (Changan) model avtomobil hədiyyə ediləcək.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ölkənin ən yaxşı “Usta”sını seçmək, gənclər arasında hörgü peşəsini təbliğ etmək və peşə təhsilinin nüfuzunu yüksəltməkdir.
Digər