“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni rezident
3 may,2023 16:15

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yeni rezidenti tərəfindən Sənaye Parkına 7,3 milyon manat investisiya yatırılacaq, 124 nəfər işlə təmin ediləcək.

 

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC-yə rezidentlik statusu verilib. 

 

“İmprotex Qarabağ Sənaye Kompleksi” MMC tərəfindən Sənaye Parkının 5 hektar ərazisində minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı müəssisəsi yaradılacaq.

 

İnvestisiya həcmi 7,3 milyon manatdan çox olan müəssisədə 124 nəfər işlə təmin ediləcək. Zavodda istehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur.

 

Qeyd. Bu müəssisənin yaradılması işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinə əhəmiyyətli töhfə verəcək və bununla da Böyük Qayıdışı sürətləndirəcək.