İqtisadi Zonaların İnkişafı Agentliyi panel iclasda təmsil olunub
17 noyabr,2023 11:38

İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumu çərçivəsində “İnvestorlar üçün interaktiv sessiyalar: Azərbaycan Respublikasında investisiya imkanları” mövzusunda təşkil edilən panel iclasda təmsil olunub.

 

İclasda İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev Agentliyin fəaliyyəti istiqamətləri və idarəçiliyində olan sənaye zonaları barədə məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıb.