İqtisadiyyat Nazirliyinin əməkdaşları üçün təlim keçirilib
27 fevral,2024 16:28

İqtisadiyyat Nazirliyi tərəfindən Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların media sahəsində çalışan mütəxəssisləri üçün mütəmadi olaraq təlimlər keçirilir. Bu cür təlimlərdən biri  Nazirliyin kommunikasiya strategiyası üzrə fəaliyyət istiqamətləri ilə bağlı təşkil olunub.

 

Təlimdə qurumun fəaliyyət istiqamətləri üzrə maarifləndirici materialların, həmçinin yenilik və dəyişikliklərin ictimaiyyətə çatdırılması üçün tələb olunan şərtlər diqqətə çatdırılıb, tələb olunan bilik və bacarıqların artırılması ilə bağlı tövsiyələr verilib.

 

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, təkliflər müzakirə edilib.