İsrail səfirliyinin əməkdaşları ilə görüş keçirilib
20 may,2024 15:32

Mayın 20-də İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) İsrailin Azərbaycandakı səfirinin müavini Yoav Bistritskilə görüş keçirilib.


İZİA-nın İdarə Heyəti sədrinin müavini Fuad Məhərrəmov ölkəmizdə fəaliyyət göstərən iqtisadi zonalar, burada sahibkarlar üçün mövcud investisiya imkanları barədə məlumat verib, iqtisadi zonalarının təqdimatı keçirilib.


Görüş çərçivəsində İsrail şirkətlərinin iqtisadi zonalarda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə yerləşən sənaye parklarında investisiya layihələrinin həyata keçirilməsi imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə  olunub.