İZİA-nın Peşə Təhsil Mərkəzi Macarıstan şirkəti ilə əməkdaşlıq edəcək
2 mart,2023 14:44

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzi ilə Macarıstanın “Vibrocomp International” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumu Peşə Təhsil Mərkəzinin direktoru Yadullah Babayev və “Vibrocomp International” MMC-nin icraçı direktoru Pal Zoltan Bite imzalayıblar. 

 

İZİA-nın Peşə Təhsil Mərkəzində keçirilmiş görüş çərçivəsində imzalanmış memoranduma əsasən qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, ətraf mühitin mühafizəsi ilə bağlı birgə təlimlərin keçirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi, ikitərəfli səfərlərin təşkili və s məsələlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

Qeyd. “Vibrocomp International” MMC Macarıstanın ətraf mühit və mülki mühəndislik sahəsi üzrə konsultant sirkətidir.