İZİA-nın Peşə Təhsil Mərkəzi Türkiyə Universiteti ilə əməkdaşlıq edəcək
29 aprel,2025 14:31
İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə Türkiyənin İstanbul Gedik Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və İstanbul Gedik Universitetinin rektoru Ahmet Kesik imzalayıb.
Memorandumda Peşə Təhsil Mərkəzi ilə Türkiyənin İstanbul Gedik Universiteti arasında qarşılıqlı əlaqələrin qurulması, tələbələr üçün müvafiq sahələr üzrə təlim-təcrübə imkanlarının yaradılması, tələbə mübadiləsinin aparılması, tədris materiallarının təkmilləşdirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulub.
Digər