İyunun 18-də İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində “Məzun günü” keçirilib.
Tədbirdə Milli Məclisin deputatları Tahir Mirkişili, Mehriban Vəliyeva, bir sıra özəl və dövlət təşkilatlarının rəhbər şəxsləri iştirak ediblər.
Çıxış edənlər bu əlamətdar gün münasibətilə tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Bu il Peşə Təhsil Mərkəzini 8 ixtisas üzrə 97 tələbə bitirir.
Hər il olduğu kimi Peşə Təhsil Mərkəzi tərəfindən məzunlarının iş tapmalarına yaxından dəstək göstərilir. Belə ki, bu il Mərkəzi başa vuran məzunların 70 fazindən çoxu müxtəlif sahələrdə işlə təmin ediliblər.
Sonda Mədəniyyət və İncəsənət Universitetinin, Peşə Təhsil Mərkəzinin tələbələrinin ifasında rəqs nömrələri nümayiş olunub, şən mahnılar və şeirlər səsləndirilib.