İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışlar zamanı qeyd olunub ki, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən 44 günlük bu müqəddəs savaş tariximizin ən parlaq səhifəsinə çevrilib. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və təqvimimizə Zəfər Günü kimi şanlı bir tarix əbədi həkk olundu.
Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçıları döyüş əməliyyatlarından, əsgərlərimizin qəhrəmanlıqlarından danışıblar, müharibə ilə bağlı xatirələrini bölüşüblər.
Sonda 44 günlük Vətən Müharibəsindən bəhs edən “Zəfər yolu” adlı videoçarx nümayiş olunub.