İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzinə tələbə qəbulunun I mərhələsinin nəticələri açıqlanıb.
Müsabiqədən keçən şəxslər 22-27 avqust tarixlərində (27 avqust saat 18:00-dək) aşağıda qeyd olunan sənədləri Peşə Təhsil Mərkəzinə (Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1) təqdim etməklə qeydiyyatdan keçməlidirlər:
-Attestatın əsli;
-Sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
-Sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
-Şəxsiyyət vəsiqəsinin surəti;
-3x4 sm ölçüdə 4 ədəd fotoşəkil;
-Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
-Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.
Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.