İZİA Özbəkistan Assosiasiyaları ilə əməkdaşlıq edəcək
1 avqust,2022 17:41

Avqustun 1-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.

 

İclas çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə “Uzbekipaksanoat” Assosiasiyası arasında ipəkçiliyin və baramaçılığın inkişafı sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması məqsədilə Memorandum imzalanıb.

 

Həmçinin tədbir çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “Uztekstilprom” Assosiasiyası arasında pambıqçılıq və tekstil sənayesinin inkişafı sahəsində əməkdaşlıq əlaqələrinin qurulması məqsədi ilə Memorandum imzalanıb.

 

Memorandum çərçivəsində Özbəkistan və ya birgə investisiyaların cəlb edilməsi ilə pambıqçılıq klasterlərinin yaradılması, sənaye parklarında iplik və tekstil sənaye məhsullarının istehsalı sahələrinin qurulması nəzərdə tutulur.