İZİA “Sənaye Təhlükəsizliyi Zirvəsi 2023” adlı tədbirin panel iclasında təmsil olunub
1 dekabr,2023 14:24

İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının təşkilatçılığı ilə keçirilən Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sənaye Təhlükəsizliyi Zirvəsi 2023” adlı tədbirin panel iclasında təmsil olunub. 

 

İclasda İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev Agentliyin idarəçiliyində olan sənaye zonalarında fəaliyyət göstərən müəssisələrdə quraşdırma, texniki yoxlama və ya istehsal zamanı avadanlıqlardada texniki istismar və təhlükəsizlik qaydalarının gözlənilməsi, əməyin mühafizəsi, həmçinin işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarının minalardan tam təmizlənərək sahibkarların ixtiyarına verilməsi və s. istiqamətlərdə çıxış edib.