Sentyabrın 16-da Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu keçirilib.
Tədbirdə Türk Dövlətləri Təşkilatının daimi üzvlərinin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi üzv Macarıstanın dövlət qurumlarının, eləcə də müxtəlif təşkilatların və diplomatik korpusun nümayəndələri, iş adamları iştirak ediblər.
Forum çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda investisiya imkanları” mövzusunda keçirilən xüsusi ssesiyada təmsil olunub. Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev forum iştirakçılarına ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları barədə məlumat verib və tədbir iştirakçılarının suallarını cavablandırıb.