“Komfy” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib
15 mart,2024 16:19

Ağdam Sənaye Parkının yeni rezidenti tərəfindən Sənaye Parkında 18 nəfərlik daimi iş yeri yaradılacaq.

 

“Komfy” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 21-ə çatıb.

 

Şirkət tərəfindən Sənaye Parkının ərazisində ortopedik matras və yumşaq mebellərin istehsalı müəssisəsi yaradılacaq.

 

İnvestisiya dəyəri 2,3 milyon manat olan müəssisədə 18 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.