“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni rezident
28 fevral,2024 16:09

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yeni rezidenti tərəfindən 60 yeni iş yeri yaradılacaq.

 

“Mətanət” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib. Şirkət tərəfindən Sənaye Parkının ərazisində quru inşaat qarışıqların istehsalı müəssisəsi yaradılacaq.

 

İnvestisiya dəyəri 5 milyon manat olan müəssisədə 60 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur. 

 

Zavodda istehsal olunacaq məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da həyata keçiriləcək.