- Ana Səhifə
- Media
- Xəbərlər
- Mingəçevir Sənaye Parkında istehsal olunan məhsulun 85%-dən çox hissəsi ixrac edilib
2024-cü ilin 9 ayında Mingəçevir Sənaye Parkında 40,73 milyon manatlıq məhsul istehsal edilib, bunun da 81%-dən çox hissəsi, yəni 33,33 milyon manatlıq hissəsi ixracın payına düşür.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Mingəçevir Sənaye Parkında indiyədək 313 milyon manatlıq məhsul istehsal edilib, bunun da 85%-dən çox hissəsi (267 milyon manat) ixrac edilib.
26 hektar ərazini əhatə edən Sənaye Parkının əsas fəaliyyət istiqaməti tekstil və yüngül sənayenin inkişaf etdirilməsidir. Hazırda Parkın 1 rezidenti ("Mingəçevir Tekstil" MMC) var. Fabrikdə Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında "Ring" və "Open End" üsulu ilə iplik istehsal edilir.
İndiyədək Mingəçevir Sənaye Parkına 159 milyon manat investisiya yatırılıb, 500-dən çox daimi iş yeri yaradılıb.
İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı “Made In Azerbaijan” brendi adı ilə Türkiyə, Rusiya və s. ölkələrə ixrac olunub.