Yevlax Pilot Aqroparkın rezidentlərinin sayı 25-ə çatıb
6 noyabr,2023 17:29

Yevlax Pilot Aqroparkın qeydiyyata alınmış yeni rezidentləri tərəfindən 8 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin ediləcək.

 

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Yevlax Pilot Aqroparkda daha 2 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bununla da Aqroparkın rezidentlərinin sayı 25-ə çatıb.

 

Yeni rezidentlər “NYUVADI” MMC və “ELKÜR” MMC tərəfindən 41,9 hektar sahədə investisiya həcmi 354 min manat olan intensiv meyvə bağları salınacaq, 8 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin ediləcək.