Ötən il sənaye zonalarında 12 müəssisə fəaliyyətə başlayıb
15 yanvar,2024 16:37

2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 12 müəssisə fəaliyyətə başlayıb. Fəaliyyətə başlayan bu müəssisələr tərəfindən sənaye zonalarına 135 milyon manat investisiya yatırılıb, 744 daimi iş yeri yaradılıb.

 

Sözügedən müəssisələr polimer qatqıların, keramik plitələrin, qablaşdırma məhsulların, istilik izolyasiya lövhələrin, nəqliyyat vasitələri üçün əyləc bəndlərin və s. məhsulların istehsalı ilə məşğul olurlar.