Özbəkistan nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub
17 sentyabr,2024 10:19

Özbəkistan Respublikası Prezidentinin müşavirinin müavini - Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İqtisadi Araşdırmalar və İslahatlar Mərkəzinin direktoru Obid Hakimovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olub.

 

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov qonaqlara ölkəmizdə mövcud olan sənaye zonaları və aqroparkların fəaliyyəti barədə məlumat verib.

 

Görüş çərçivəsində Özbəksitan iş adamları tərəfindən İZİA-nın idarəçiliyində olan iqtisadi zonalarda tekstil sahəsində investisiya layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunub.

 

Qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidentləri “Azərsulfat” MMC-nin Sulfat turşusu istehsalı müəssisəsinin, “Azertexnolayn” MMC-nin Polad boru zavodunun fəaliyyətləri ilə tanış olublar.