Pakistan səfiri İZİA-da olub
10 yanvar,2023 17:24

Yanvarın 10-da Pakistanın Azərbaycandakı səfiri Bilal Haye, bu ölkənin ən böyük şirkətlərindən olan İBL Qrupun baş icraçı direktoru Seyid Nadim Əhmədlə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev arasında görüş keçirilib.

 

Qonaqlara sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün mövcud investisiya imkanları barədə məlumat verilib, sənaye zonalarının təqdimatı nümayiş etdirilib.

 

Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edən Elşad Nuriyev ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb, pakistanlı iş adamlarını Azərbaycanda mövcud sənaye zonalarına sərmayə qoymağa dəvət edib.

 

Görüş çərçivəsində İBL şirkəti ilə Pirallahı Sənaye Parkında fəaliyyət göstərən rezidentlər arasında əməkdaşlıq əlaqələrinin yaradılması, birgə investisiya layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib.