Peşə Təhsil Mərkəzi “ATS Food” MMC ilə əməkdaşlıq edəcək
30 sentyabr,2024 12:30

Sentyabrın 30-da İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə “ATS Food” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və “ATS Food” MMC-nin direktoru Tural Hacıyev imzalayıblar.

 

Əməkdaşlıq çərçivəsində əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması məqsədilə birgə tədris proqramları hazırlanacaq, təlimlər təşkil ediləcək, həmçinin tələbələrin istehsalat təcrübə proqramlarında iştirak etməsi, müvafiq bilik və bacaqırlarının qiymətləndirilməsi təmin olunacaq.

 

Qeyd. “ATS Food” MMC Agrotrade Supply şirkətlər qrupunun tərkibində fəaliyyət göstərən ölkənin ən böyük qida sənayesi müəssisələrindən biridir. Şirkət ölkədə yüksək sort ağ un, çörək, makaron, qənnadı məmulatların istehsalını və pərakəndə mağazalar şəbəkələri vasitəsilə onların satışını həyata keçirir.