- Ana Səhifə
- Media
- Xəbərlər
- Peşə Təhsil Mərkəzi ilə Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Aprelin 15-də İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzi ilə Dövlət Məşğulluq Agentliyinin nümayəndələri arasında işgüzar görüş keçirilib.
Sumqayıt Kimya Sənaye Parkının rezidentləri – “STP” MMC, “Azertexnolayn” MMC, “Tabaterra” QSC-nin əməkdaşlarının iştirakı ilə baş tutan görüşdə peşə təhsilini bitirən şəxslərin məşğulluq məsələləri, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı, iki qurum arasında peşəyönümü, özünüməşğulluq proqramı istiqamətində əməkdaşlıq məsələlərindən danışılıb.
Eyni zamanda Peşə Təhsil Mərkəzinin tələbələrinin Dövlət Məşğulluq Agentliyinin rəsmi portalında işsiz kimi qeydiyyatdan keçirilməsi, o cümlədən Mərkəzin tələbələri İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında fəaliyyət göstərən müəssisələrdə işlə təmin olunduqları halda “Əmək haqqının birgə maliyyələşdirilməsi” layihəsinə əsasən onların 1 il ərzində maaşları və digər sosial ödənişlərinin müəyyən faizinin DMA tərəfindən ödənilməsinə dair müzakirələr aparılıb.
Tədbirin nəticəsi olaraq Peşə Təhsi Mərkəzinin tələbələrinin işlə təmin olunmaları ilə bağlı tədbirlər palanın hazırlanması və Mərkəzdə özünüməşğulluq güşəsinin yaradılmasına dair qərarlar qəbul edilib.
Qeyd edək ki, yaxın vaxtlarda İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzlanması nəzərdə tutulur.