Peşə Təhsil Mərkəzi Təhsil Tələbə Krediti Fondu ilə əməkdaşlıq edəcək
2 oktyabr,2024 14:06

Oktyabrın 2-də İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri vəzifəsini müvəqqəti idarə edən Bəhruz Əzimov imzalayıblar. 

 

Memoranduma əsasən, Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr kredit imkanları ilə yanaşı, Təhsil Tələbə Krediti Fondu tərəfindən yaradılan müxtəlif imkanlardan yararlana biləcəklər. 

 

İmzalanan sənədin məqsədi qarşılıqlı anlaşma əsasında tələbələrin işlə təmin olunması, birgə tədbirlərin təşkili, təhsil alanların bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı layihələrin birgə icrası sahələrində əməkdaşlıqdan ibarətdir.